Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 16:05:16
DİM müsahibələrin keçirilmə qrafikini müəyyən edib

Elan üzrə 22 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 96 vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 210 namizədlə 210 müsahibənin keçirilməsi planlaşdırılır.

 

AzEdu.az-a bu barədə DİM-dən məlumat verilib.

 

Bildirilib ki, yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Müraciət” ilə iş sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 15 namizəd) vəzifəsi üzrə qeydə alınıb.

 

Müsahibələrin 12 dekabr 2023-cü il - 1 fevral 2024-cü il tarixlərində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

 

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.