Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 10:35:00
Bu abituriyentlərin imtahan balı hesablanmayacaq - RƏSMİ 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanları yekunlaşdı.

Aparılan sorğular göstərib ki, bəzi iştirakçılar cavablandırdığı tapşırıqları cavab kitapçalarına qeyd edə bilməyiblər.

 

 Bəs tapşırıqların cavabı yalnız sual kitapçasında olan abituriyentlərin imtahan balı necə hesablanacaq?

 

AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, imtahan nəticələri hesablanarkən şagirdin yalnız hüquqi sənəd olan cavab vərəqinə qeyd etdiyi cavablar nəzərə alınacaq. 

 

Qeyd edək ki, 5 mart tarixində keçirilmiş imtahanın nəticələrinin aprelin 12-dək elan olunması nəzərdə tutulur. Ondan təxminən bir həftə sonra isə 12 martda keçirilmiş imtahanın nəticələri elan olunacaq.