Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-06 12:36:07
Azərbaycanın alman yaşayış məntəqələrinin memarlığı tədqiq olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasında “Azərbaycanın alman yaşayış məntəqələrinin memarlığı” mövzusunda elmi seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, elmi seminarda kafedranın assistenti Aygün İmanova mövzu ətrafında geniş təqdimatla çıxış edib.

 

Məruzəçi qeyd edib ki, XIX-XX əsrin ortalarında Azərbaycan ərazisində səkkiz alman koloniyası mövcüd olub. Onların arasında ən tanınmış və böyüyü Yelendorf (indiki Göygöl şəhəri) və Annenfeld (indiki Şəmkir şəhəri) hesab olunur. 200 il bundan əvvəl, yəni 1819-cu ildə salınmış bu iki yaşayış məskəninin özəlliyi haqqında tədqiqat aparan məruzəçi yaşayış məntəqələrinin planlarına, dini tikililərə və sənaye memarlığına xüsusi diqqət yetirib. 

 

AzMİU-nun Elmi tədqiqat şöbəsi və Memarlıq fakültəsi əməkdaşlarının iştirak etdiyi seminarın sonunda Aygün İmanova məruzə ilə bağlı sualları cavablandırıb, mövzu ətafında fikir mübadiləsi aparılıb.