Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-01 09:02:39
Tələbə ABŞ-nin 6 nüfuzlu universitetinə QƏBUL OLUB

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.

 

AzEdu.az xəbər verir ki, tələbənin təqaüd qazandığı universitetlər Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetidir. O, Mərkəzi Florida Universiteti və Nyu- Hempşir Universitetinə qəbul alıb.

 

Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, həmçinin burada tədqiqat köməkçisi olaraq çalışacaq. Onun buradan qazandığı illik təqaüdün məbləği 55.000 ABŞ dollarıdır.

 

Nihad BANM-in fəal tələbələrindən biridir. O, 2019-cu ildə BANM-ə 638.3 balla qəbul olub. “TEKNOFEST 2023” yarışının finalistlərindən biri olub. “SOCAR Türkiyə” də daxil olmaqla, SOCAR-ın bir sıra müəssisələrində, həmçinin digər şirkətlərdə təcrübə keçib.