Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 08:47:38
Daha bir rayonda məktəblilər qızılcaya yoluxdu

Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

 

AzEdu.az xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

 

Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.

 

  

S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

 

 

Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

 

 

Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.

 

 

Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.