Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 11:42:00
Magistratura imtahanında esseyə bal məhdudiyyəti tətbiq olunacaq? – Rəsmi CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul olunan qaydalara əsasən növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlara yazı bacarıqlarını yoxlayan tapşırıq da təqdim olunacaq.

 

Bakalavrlar onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında yazı işini yerinə yetirəcəklər.

 

Bəs magistraturaya qəbul zamanı xarici dil üzrə yazılacaq esseyə bal məhdudiyyəti tətbiq olunacaqmı?

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bakalavrlar yazı işini yerinə yetirib-yetirmədiyindən və ya yazı işi üzrə topladıqları baldan asılı olmayaraq, ümumi müsabiqə şərtlərini ödədikləri halda, ixtisaslaşma seçimində iştirak edə biləcəklər.

 

Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir.

 

Ətraflı məlumat üçün bu linkə keçid edin.