Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 13:27:00
Bu il ən gərgin rəqabət II qrupda GEDƏCƏK

Ali məktəbə qəbul imtahanlarının I cəhdinə qeydiyyat başa çatıb. DİM-in açıqladığı rəsmi rəqəmlərdən aydın olur ki, ən çox sənəd verənlər I və II qruplardandır. Əvvəlki illərdə həmişə III qrupa sənəd verənlər daha çox olurdu. Ancaq bu il III qrupasənəd verənlər xeyli azalıb.

 

I və II qrupun III qrupu geridə qoymasının səbəbini necə izah etmək olar?

 

Təhsil ekpserti Kamran Əsədov AzEdu.az-a açıqlamasında deyib ki, statistik təhlillər bu ilin göstəricilərinin 2021-ci il ilə oxşar olduğunu göstərir.

 

“İlk növbədə bunu qeyd edim ki, ixitsas qrupları üzrə təhlillər apardıqda gördük ki, ən çox abituriyent I və II ixtisas qrupunda qeydiyyatdan keçib. Builki rəqəmləri əvvəlkilərlə müqayisə etikdə ortaya çox maraqlı bir mənzərə çıxır. Belə ki, keçən il I ixtisas qrupunun Azərbaycan bölməsinə daxil olmaq istəyən abituriyentlərin sayı 30620 nəfər idisə, bu il I ixtiss qrupu üzrə 26112 nəfərdir. Rus bölməsi isə 2780 nəfər idisə, bu il həmin rəqəm 2752-dir. 2021-ci ildə isə 26000 olub. Bu ilin göstəriciləri 2021-ci il ilə oxşardır”.

Ekspert əvvəlki illərin statistik göstəriciləri əsasında qruplar üzrə artım və azalmaları təhlil edib:

“II ixtisas qrupunda 2021-ci ildə 15000 abituriyent qeydiyyatdan keçmişdi. 2022-ci ildə bu rəqəm 19000, 2023-cü ildə isə 21000. Bu rəqəmlərə əsasən danışsaq, artım müşahidə olunduğunu deyə bilərik.


III ixtisas qrupu üzrə isə 2021-ci ildə Azərbaycan bölməsi üzrə qeydiyyatdan keçənlərin sayı 19000 idi. 2020-ci ildə də bu rəqəmlər var idi. Bu il isə 20000 təşkil edir. Olduqca cüzi artım var”.


K.Əsədovun fikrincə, II qrupa sənəd verənlərin artması gələcəkdə perspektivi olan ixtisaslarla  əlaqəlidir.

“Ən ciddi artım, təbii ki, II ixtisas qrupundadır. Bunun bir neçə səbəbi var. Bildiyimiz kimi, hazırda dünyada müasir trendlər var və bu trendlər arasaında yeni ixtisaslar yaranır. Bunların bir çoxu da II ixtisas qrupunda yer alır. Söhbət maliyyə, mühasibat, bank işi, biznesin idarə edilməsi, loqistika, marketinq, menecment kimi ixtisaslardan gedir. İqtisadiyyata aid olan sahələr gələcəkdə perspektivi olan sahələrdir. Buna görə də II qrup abituriyentlərin ən çox meyilləndiyi qrupdur”. 

 

Müsahibimizin sözlərinə görə, I, III, IV qruplar üzrə 150, 160 ballıq ixtisasların olacağı gözlənilir.

“II ixtisas qrupunun plan yerlərinin 14000 ətrafında olduğunu nəzərə alsaq, bu ciddi şəkildə narahat olmağa əsas verə bilər. Amma düşünürəm ki, bu il o qədər də problem olmayacaq. Çünki ali təhsil müəssisələrinin plan yeri 2022-ci ildə 50000 idisə, bu il plan yerlərində ciddi artım müşahidə olunacaq. 60000-ə yaxın yer olacağı gözlənilir. I, III, IV qruplar üzrə 150, 160 ballıq ixtisasların olacağı gözlənilir.

II qrupdakı fənlər abituriyentlər tərəfindən nisbətən asan hazırlaşılan fənlərdir. Eyni zamanda, əvvəlki illrdə belə bir fikir formalaşmışdı ki, aşağı ballarla bu qrup üzrə ixtisaslara qəbul olunmaq mümkündür. Amma bu il II ixtisas qrupuna daxil olmaq üçün 170-dən az bal toplayanların narahat olmağına əsas var. Çünki abituriyent sayı və plan yeri fərqlidir. Amma digər ixtisas qruplarını bu il şanslı qrup adlandıra bilərik”.
qabət