Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 10:04:00
Qazax-Tovuzun “Örnək müəllimlər”i  

AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.

 

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır.


Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.

 

Fəaliyyət coğrafiyası Qazax-Tovuz regionlarını əhatə edən həmin 10 müəllimin siyahısı ilə buradan tanış ola bilərsiniz: 

 

1. Elnur Xuduyev - Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin Fizika müəllimi;

2. Nəzakət Çarçalova - Ağstafa şəhər texniki və humanitar təmayülü liseyində Kimya müəllimi;

3. Kəmalə Yaqubəliyeva - Qaçaq Kərəm kənd kənd İ.Həsənov adına tam ortaməktəbin Fizika müəllimi;

4. Orxan Məmmədov - Səbətkeçməz kənd tam orta məktəbin Coğrafiya müəllimi;

5. Fuad Qasımov - Çanaqçı kənd tam orta məktəbin Kimya müəllimi;

6. Elnarə Həsənova - Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

7. İlahə Bayramova -Tovuz şəhər M.Ələkbərov adna tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

8. Xəzəngül Məmmədova - Qazax şəhər N.Valiyev adına 5 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi;

9. Şəlalə Əfəndiyeva - Daşsalahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəbin Biologiya müəllimi;

10.Türkan Süleymanova -Şəmkir şəhər F.Salmanov adına tam orta məktəbin Tarix müəllimi.