Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 09:23:00
“Universitetlərimizdə “Süni intellekt” fənni tədris edilsin!” - TƏKLİF

“Süni intellekt” anlayışı son illərdə populyar mədəniyyətdə, sosial həyatda və ən əsası elm və texnologiya aləmində özünəməxsus yer qazanıb.

 

Sadə dillə desək, süni intellekt (Sİ) elmin insan məntiqi və düşüncə tərzini maşınlarda formalaşdıran  və əsasən kompüter elmlərinə əsaslanan bir sahəsidir.

 

Bu gün Sİ ayrı bir elm sahəsi kimi öz mütəxəssislərini yetişdirir. Belə olan halda süni intellektin gələcəkdə daha çox sahədə qarşımıza çıxacağını proqnozlaşdırmaq çətin deyil.

 

Bəs süni intellektin bir fənn kimi ali məktəblərdə tədris olunması lazımdırmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov öz təkliflərini bildirib:

 

“Süni intellekt fənni günümüzün informasiya cəmiyyətində və texnoloji inkişafların mühüm bir hissəsi olaraq öz əhəmiyyətini artırır. Bu səbəbdən də mənə görə, "Süni intellekt" ali məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır. Süni intellekt kompüter sistemlərini insan zəkasına yaxınlaşdırmaq, onlara öz-özlərinə öyrənmə və problemlərin həlli üçün intellektual imkanlar vermək naminə istifadə olunan texnoloji elmi sahəsidir. Süni intellekt robotlar, avtomatlaşdırılmış sistemlər, öz-özünü idarə edən avtomobillər, dil tərcüməsi, görüntü tanıma və digər bir çox sahədə geniş tətbiq olunur”.

 

Ekspert süni intellektin bir fənn kimi tədrisinin niyə görə gərəkli olduğundan da söz açıb:

 

“Texnoloji inkişaf: Süni intellekt texnologiyada böyük inkişaf səviyyəsindədir və bu sahədə peşəkarlar tələb olunur. O, fənn kimi tədris olunsa, gələcək texnologiyaları inkişaf etdirəcək potensial texnoloqlar və mütəxəssislər yetişdirilə bilər.

 

Karyera imkanları: Süni intellekt bir çox sektorda karyera imkanları yaradır. İş dünyasında, sağlamlıq xidmətlərində, avtomobil sənayesində, maliyyə sektorunda və digər bir çox sahədə süni intellekt  mütəxəssislərinə olan tələbat artır.

 

Fərdi inkişaf: Süni intellektə problemləri həll etmə, analitik düşünmə və yaradıcılıq bacarığını inkişaf etdirmək üçün məsələləri biləcək bir formada tələbat olur. Bu fənn tələbələrin kritikal düşünmə, problem həll etmə və yenilikçilik bacarıqlarını artıra bilər”.