Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-27 15:26:10
DİM GRE General Test imtahanı keçirib

Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan 27 oktyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

 

İmtahanda 1 nəfər əcnəbi olmaqla, 9 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

 

Növbəti GRE General Test imtahanının 14 noyabr 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/