Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 15:42:00
“Təhsil lüğətimizdə “Tədrisdə mükəmməllik” anlayışı YOXDUR”

Dünya bankının hesabatlarına görə Azərbaycandakı ali təhsil müəssisələri dünya elmində yüksək keyfiyyətli tədqiqatlar aparmaq üçün effektiv xidmət imkanlarından məhrumdur.

 

Bu isə özlüyündə Azərbaycanın qlobal iqtisadiyyat sistemində digər ölkələrlə əməkdaşlıq rəqabətini məhdudlaşdırır.

 

Bəs görəsən bunun əsas səbəbi nədir?  Elmin inkişafına tövhə vermək üçün hansı addımların atılması məqsədəuyğundur?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, Azərbaycanda elmə ayrılan dövlət büdcəsininin miqdarı regional dövlətlərlə məqayisədə azdır: “Statistikaya əsasən Azərbaycanda ümumi daxili məhsulun cəmi 1,6 %-i elmin maliyyələşməsinə ayrılır. Bu isə birmənalı şəkildə universitetlərdə keyfiyyətli tədqiqat infranstrukturunun inkişafına maraq oyatmır.

 

Universitetlər əsasən dövlət büdcəsinin minimal payları hesabına təşkil olunur. Bu isə müxtəlif sənaye sahələri, onların qlobal bazar tələbləri ilə uyğunlaşmaqda maneələr yaradır”.

 

K.Əsədov elmi tədqiqatların beynəlxalq səviyyədə təmsil olunmamasnın səbəbinə aydınlıq gətirib: 

 

Azərbaycanın təhsil lüğətində tədrisdə mükəmməllik anlayışı yoxdur. Buna görə də Azərbaycanda ali təhsil müəssisələri beynəlxalq tədqiqatların maraq obyektində deyil. UNESCO-nun rəsmi statistikasına nəzər salsaq görərik ki, xaricdə təhsil alan azərbaycanlıların sayı 45 mindən çoxdur. Amma Azərbaycan universitetlərində təhsil alan xarici tələbələrin sayı 6000-ə qədərdir. Bundan başqa hələ də universitetlərdə sovet təhsil sisteminin irsi qalır. Avropa və qonşu ölkələrdə Dahi doktorluq (PhD) dərəcəsi olduğu halda, Azərbaycanda sadəcə fəlsəfə doktoru və elmlər doktoru  pilləsi mövcuddur. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatlarına görə ölkəmizin ali təhsil ocaqları boloniya sisteminə qoşulub. Lakin ali təhsil müəssisələrinin keyfiyyət faizi bu faktın sadəcə sənəd üzərində olduğuna dəlalət edir”.