Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-24 11:12:00
İnformatika fənni bütün ixtisas qruplarına əlavə olunmalıdır

Bir çox təhsil eksperti və müəllimlər tərəfindən müzakirə olunan mövzulardan biri də informatika fənninin bütün ixtisas qruplarına daxil olunması ilə bağlıdır. Zaman-zaman gündəmə gələn bu məsələ bəziləri tərəfindən müsbət qarşılansa da, bir qisim isə informatikanın bütün ixtisas qruplarına salınmasını doğru hesab etmir və şagirdlər üçün əlavə yük olacağını qeyd edir.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz bildirib ki, informatika fənnin digər ixtisas qruplarına əlavə edilməsini məntiqlidir:

 

 

“Düşünürəm ki, informatikanın I ixtisas qrupuna əlavə edilməsi çox doğru addım idi. Gələcəkdə haqqında bəhs etdiyimiz fənnin digər ixtisas qruplarına əlavə edilməsini müsbət qarşılayıram. Hətta düşünürəm ki, bir qədər gecikmişik. Bu məsələyə 5-10 il əvvəl hazırlaşmaq lazım idi. Çünki bu zamana qədər İT ixtisası seçən abituriyentlər informatika yerinə, kimyadan imtahan verirdilər. Bu da öz növbəsində ümumtəhsil məktəblərində informatika fənninin tədrisini zəiflətmişdi. Amma gec də olsa atılan bu addım abituriyentlərin ixtisaslaşması üçün faydalı olacaq”

 

 

Həmsöhbətimiz qeyd edib ki, informatika fənnin qəbul imtahandakı vəziyyəti müzakirə edilməlidir:

 

“ Hazırda müzakirəyə çıxmalı əsas məsələlərdən biri informatika fənninin vəziyyəti ilə bağlıdır. Dövlət İmtahan Mərkəzi bu fənn üzrə abituriyentlərin  nəticələrinin yaxşı olub-olmaması ilə bağlı açıqlama verməlidir. Bildiyim qədəri ilə DİM yaxınlarda belə bir müzakirə təşkil edəcək. Düşünürəm ki, bu mövzuda rayonlarda olan vəziyyət, zəif və müsabət cəhətlər, daha çox hansı bölgələrdə yaşayan abituriyentlər aşağı nəticə göstərdi, informatika müəllimlərinin durumu və s. Kimi məsələlərə aydınlıq gətirilməlidir ”.