Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-21 15:25:31
7 şagird inklüziv təhsilə cəlb olunub

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin 1 və 3-cü siniflərində, Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 1 və 2-ci siniflərində ümumilikdə 7 şagird inklüziv təhsilə cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə  Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, inklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.

 

Əlilliyi olan uşaqların əlilliyi olmayan həmyaşıdları ilə birlikdə təhsili hər kəs üçün səmərəli tədris formasıdır. Belə ki, bütün uşaqların eyni sinifdə həyata keçirilən tədris prosesində iştirakı təhsilverənləri şagirdlərə fərdi yanaşmağa sövq edir.

 

Əlavə olaraq, müxtəlif araşdırmaların nəticələri göstərir ki, əlilliyi olan uşaqlarla əlilliyi olmayan uşaqların birgə inklüziv sinifdə oxuması fərqliliyə münasibəti dəyişməyə, özünə hörmətin və həmyaşıdların qəbulunun yaxşılaşdırılmasına səbəb olur ki, bu, sosial yöndən ədalətli və ayrı-seçkiliyə yol verməyən cəmiyyətin qurulmasına töhfə verir.