Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 15:36:42
“Münaqişələrin idarə olunması” mövzusunda təlim təşkil edilib

18 oktyabr 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə olunması” mövzusunda təlim keçirilib.Təlimə nazirliyin 31 əməkdaşı cəlb olunub.

 

AzEdu.az xəbər verir ki, psixoloji iş və maarifləndirmə sektorunun əməkdaşları Sevinc Məmmədova və Leyla Süleymanova tərəfindən nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib. Təlim zamanı münaqişə anlayışı, növləri, münaqişəyə səbəb olan amillər, davranış strategiyaları və qarşı tərəfin emosional davranışına konstruktiv reaksiya barədə iştirakçılara məlumat verilib. Münaqişəli vəziyyətləri qiymətləndirmək və konstruktiv həll yollarını müəyyən etmək kimi bacarıqların formalaşması məqsədilə iştirakçılar keyslər və videoçarxlar üzərində fərdi və qrup şəklində işləyiblər. Təlim zamanı iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.