Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 16:22:48
Yeni peşə ixtisası yaradılıb

“Dövlət – özəl əməkdaşlığı çərçivəsində atılan addımlar peşə təhsilinin inkişafı üçün əhəmiyyətlidir. İş yerində öyrənmə modellərinin tətbiqi istiqamətində vacib nailiyyətlər əldə etmişik, işəgötürən tərəfdaşlarımız da bu prosesə böyük töhfə veriblər”. 


 
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunan tədbirdə deyib. Emin Əmrullayev həmçinin son illərdə peşə təhsili sahəsinə dövlətin diqqət və qayğısının artdığını vurğulayıb.


 
Tədbirdə  ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink və digər rəsmi şəxslər, özəl sektor təmsilçiləri, media nümayəndələri iştirak ediblər.

 
 
Tədbirdə çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Rigterink bu cür layihələrin ümumi iqtisadi faydaları ilə yanaşı, hər kəs üçün yeni iqtisadi imkanlar yaradacağını qeyd edib. Bildirilib ki, adıçəkilən layihə Azərbaycanda həyata keçirilən uğurlu dövlət  – özəl tərəfdaşlığı təşəbbüslərindən biri olacaq.  


 
Sonda Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində qida istehsalı sahəsində ixtisaslı kadrların hazırlanması, tələbələrin bilik və bacarıqlarının artırılması, bu istiqamətdə təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi, dual proqramların yaradılması nəzərdə tutulur.
 


Qeyd edək ki, qida istehsalı sahəsində sənayenin tələb və sifarişlərinə uyğun kadr hazırlığına dəstək məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Avrora” MMC tərəfindən unüyütmə istehsalının aparatçısı ixtisası üzrə kurikulum hazırlanıb. Cari tədris ilindən peşə təhsili pilləsində bu ixtisasın tədrisinə başlanılacaq.