Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 14:21:11
Peşə təhsili müəssisələrinə işə qəbul davam edir

2023–2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və  istehsalat təlimi ustalarının işə qəbulu prosesi davam edir.  

 


Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər avqustun 21-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

 


Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. 

 

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqəyə aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:

 

  • İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

 

  • İstehsalat təlimi ustaları – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

 

Vakansiya siyahısı

Müsabiqə proqramı