Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 08:59:00
“Brend tələbə” uğurun sirr pərdəsini çəkir: “İnam nailiyyətin açarıdır” 

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

 Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək göstəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini ali təhsil müəssisələrinə yeni qəbul olunan abituriyentlərlə bölüşməsidir.

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Yaqub Əhmədovdur. O qeyd edib ki, universitet illəri həyatının ən anlamlı və yadda qalan dövrünü əhatə edir:

 

“Abituriyentlərə məsləhətim odur ki, ixtisaslarını sevsinlər, dərindən öyrənib, daim özlərini inkişaf etdirsinlər. Sadəcə dərslərə fokuslansınlar deməyəcəm, çünki zənnimcə, fəal tələbə təkcə dərslərində müvəffəqiyyət qazanan tələbə deyildir".

 

 

Həmsöhbətimiz universitetə yeni qəbul olunan tələbələrin təhsil aldıqları müddətin səmərəli keçməsi üçün bir neçə məsələyə diqqət çəkib:

 

"Doğrudur, fəal tələbə olmaq üçün dərslərdə aktiv olmaq əsas faktorlardan biridir, lakin bu 4 ili məhsuldar keçirmək üçün eyni zamanda təcrübə proqramlarına qoşulsunlar, maraq dairələrini əhatə edən sahələrdə özlərini inkişaf etdirsinlər, universitetin təşkil etdiyi müsabiqələri və çoxsaylı tədbirləri görməzdən gəlməsinlər. Bununla onlar özlərindəki hərtərəfli inkişafı görüb, qürurlanacaqlar.

Hər şeydən öncə bu yolda özlərinə inanmağı unutmasınlar. "İnam uğurun açarıdır" başlığı altında bu yolda irəliləsinlər".