Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 17:37:19
Azərbaycanda tədqiqat universitetləri yaradılacaq – Diqqət artır!  

 

 Ali təhsildə beynəlxalq reytinq sistemləri açıqlanan zaman universitetlərimizin bu siyahılarda yer almadığını, yaxud arzuolunan sıralamada qərarlaşmadığını görəndə təəssüf hiss keçiririk. Etiraf edək ki, Azərbaycanın ali təhsil ocaqlarında bu istiqamətdə boşluqlar mövcuddur. Bu boşluqlardan biri də elmi tədqiqatların sayında özünü büruzə verir. Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, hələlik həllini tapmayıb.

 

Hazırda aparılan elmi tədqiqatlar hansı səviyyədədir?

 

 

AzEdu.az-a açıqlama verən ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli problemin əsas səbəbinin maliyyə yetərsizliyi olduğunu qeyd edib:

 No description available.

 

“Hazırda ölkəmizdə elmi tədiqiqatla bağlı durum ürəkaçan deyil. 243 ölkə arasında 94 - cü yerdə qərarlaşmışıq. “Scimago Journal & Country Rank” 2023-cü ilin aprel ayının nəticələrinə görə elm-tədqiqatın zəif olmasının nəticəsi kimi aidiyyəti qurumların bu sahəyə marağının az olması, ən önəmlisi isə maliyyə yetərsizliyini göstərib.

 

 

Digər təsir edən faktor isə alim-tədiqatçılarımızın dünyanın tələb etdiyi səviyyədə elmi araşdırma apara bilməməsi (elmi məqalələrin dünya standartlarına yaza bilməməməsi) Azərbaycan təhsil müəssisələrinin tərkibində elmi tədiqiqat institutlarının olmaması və ya az olması, təhsil müəssisələrinin elmi-təqiqat sahəsinə az maliyyə ayırması və s.- dir. Ölkə başçısının imzaladığı sərəncama əsasən 2 elmi-tədqiqat institutunun yaradılmaması bu işə mənfi təsir edən amillərdəndir”.

 

 

 

Ekspert 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını əsas gətirərək, bildirir ki, orada tədqiqatlarla bağlı göstəriş verilib, lakin üstündən 1 il keçməsinə rəğmən irəliləyiş yoxdur:

 

 

“Azərbaycanda tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq. Bu Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

 

Tədqiqat universitetlərinin yaradılmasına dair təkliflərin hazırlanması üçün Elm və Təhsil Nazirliyinə göstəriş verilib”.