Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 14:56:15
Narazılıq! - İstehsalat təcrübəsinə lazımi diqqət yetirilmir – Boşluq var!  

 

Nəzəri təlimlərlə praktik təlimlərin əlaqəli tədrisi zamanı eyni anlayışların izah olunması iki dəfə təkrar edilmir. Az müddət ərzində şagirdlərin, tələbələrin əvvəldən qazandıqları biliklər yeniləşdirilir. Bu da tələbələrdə kompleks bilik sisteminin yaranmasına imkan verir.

 

Bundan əlavə, nəzəri və praktik təlimlərin elmi əsaslara istinad edən inteqrasiyalı tədrisi tələbələrin idrak fəaliyyətlərinin gücləndirilməsinə, onların ixtisasa dair peşə səriştələrinin yüksəlməsinə xidmət edir. Ona görə də təlimlərin bu cür əlaqəli şəkildə tədrisinin böyük didaktik əhəmiyyəti vardır.

 

Praktikanın tədris prosesindəki əhəmiyyətini daha ətraflı şərh etməsi üçün
professor Qulu Məhərrəmliyə müraciət etdik. O qeyd etdi ki, bir sıra tələbələr ixtisasını təcrübədə öyrənməyə başlayır:

 


“Bir sıra ixtisaslar var ki, təcrübə keçilməsə, yaxşı mütəxəssis yetişə bilməz. Ona görə də bəzən gənc məzunlar universiteti bitirdikdən sonra istehsalat yerində iş tapırlar və müəyyən vasitələrlə işə düzəlirlər. Daha sonra işi elə orda yenidən öyrənməyə başlayırlar. Bunlar hamısı tədrisin keyfiyyətinin aşağı olmasından xəbər verir. İstehsalat təcrübəsinə lazımi diqqət yetirilmir. Buna görə də qeyd olunan sahələri seçmiş tələbə həmin sahə üzrə istiqamətləndikdə ciddi problemlərlə üzləşir. Məncə ciddi məsələdir və buna ciddi şəkildə də diqqət yetirilməlidir”.

 


Təhsil eksperti Nabatəli Qulamoğlu da söyləyib ki, yalnız nəzəriyyə və ya yalnız praktikanın tədris olunması uğurlu nəticə verə bilməz:

 No description available.


“Hər bir fənnin öyrədilməsində həm nəzəriyyənin, həm praktikanın əhəmiyyəti böyükdür. Əvvəlcə nəzəri qaydaları öyrənir, daha sonra öyrənilənləri praktiki cəhətdən tətbiq edirsən. Bunların ayrı-ayrılıqda heç bir əhəmiyyəti yoxdur. Hər bir nəzəri təfsilatın praktik əhəmiyyəti var. Nəzəriyyə özü praktikanın nəticəsi olaraq meydana çıxır”.

 


Qeyri-ixtisas fənlərinin tədrisinə diqqət çəkən ekspert diqqətə çatdırıb ki, ali məktəbdə öyrənilən qeyri-ixtisas fənlərinin dolayı yolla ixtisasa aidiyyəti var:

 

“Ali təhsil təkcə ixtisası bilmək demək deyil. Misal olaraq, hüquq fakültəsini göstərə bilərik. Hüquqşünas olmaq üçün təhsil alanlar yerli hüquq bazasını, beynəlxalq hüququ və digər lazımlı fənləri öyrənirlər. Eyni zamanda öz fikirlərini ifadə etmək üçün azərbaycanca səlis bilməlidirlər. Onlar işinin əksər hissəsi nitq üzərində qurulduğu üçün edəcəkləri hansısa yanlış vurğu prosesə mənfi təsir göstərə bilər. Nəticə olaraq, keçirilən qeyri-ixtisas fənləri ixtisası öyrənən biri üçün əhəmiyyətlidir”.