Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-21 09:32:52
 Bu ixtisaslarda təhsil haqları 200-300 manat artacaq   

 

 

 

“Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə nəzər salsaq, görərik ki, 4 saylı magistr jurnalını 2022-ci ilin eyni jurnalı ilə müqayisə etdikdə təhsil haqlarının 100-200 manat artdığını müşahidə edirik. Bu, onu deməyə əsas verir ki, bakalavr pilləsində də 100-200, bəzilərində isə 300 manat artım olacaq.

 

 

Həyatın müxtəlif sahələrində qiymət artımlarının olduğunu müşahidə edirik. Nəqliyyat və kommunal xərclər, ərzaq məhsulların qiyməti ötən illərlə müqayisədə xeyli yüksəlib. Bu artımlar hər kəs üçün ayrılıqda əndişə doğurur.

 

Valideyn və tələbələr də təhsil haqlarının yüksəlməsindən narahatdırlar. Çünki mövzu ilə bağlı cəmiyyətdə müəyyən məlumatlar dolaşır.

 

Biz də  AzEdu.az olaraq, vəziyyəti nəzərə alıb, təhsil ekpserti Kamran Əsədovla əlaqə saxladıq. O,  bu il bakalavr və magistraturanın bir sıra ixtisaslarında təhsil haqlarının artacağını bildirib:

 

 

 

“İlk növbədə qeyd edim ki, dünya təcrübəsini əsas gətirməklə bundan əvvəlki müddətdə təklif etmişdik ki, bütün tələbələrə tələbə kartları verilsin və tələbələr nəqliyyatdan pulsuz istifadə etsinlər. Türkiyədə belə bir təcrübədən istifadə olunur. Sosial statusundan asılı olaraq, hər bir insanın nəqliyyatdan istifadəsi fərqlidir. Amma bizdə standartdır. Hər kəs eyni qiymətdən istifadə edir”.

 

 

Tələbələrə güzəştlərin zəruri olduğunu qeyd edən ekspert vurğulayıb ki, belə olan halda qiymət artımları onlara təsir göstərməz:

 

 

“Bu il ali təhsil müəssisələrinin magistratura pilləsinə nəzər salsaq, görərik ki, 4 saylı magistr jurnalını 2022-ci ilin eyni jurnalı ilə müqayisə etdikdə təhsil haqlarının 100-200 manat artdığını müşahidə edirik. Bu, onu deməyə əsas verir ki, bakalavr pilləsində də 100-200, bəzilərində isə 300 manat artım olacaq. Bu, yaxşı hal deyil. Düzdür, ölkə prezidenti tərəfindən Təhsil Tələbə Kredit Fondu yaradılıb və insanların təhsil haqlarını bu fondlar qarşılayır. Həmçinin bu il ali təhsil müəssisələrində 28 min yer ödənişsiz olacaq. Bu da ümumi plan yerlərinin 51 faizini təşkil edir. Bütün hallarda təxminən 25 minə yaxın plan yeri ödənişli olacaq”.

 

 

K.Əsədov təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyan xeyli sayda tələbə olduğuna da diqqət çəkib:

 

 

“Biz ötən illərin təcrübəsinə əsasən görürük ki, son 7 il ərzində 5 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Məhz bu amil onu deməyə əsas verir ki. Hazırki qiymət artımı müəyyən qədər tələbələrin büdcəsinə mənfi təsir göstərəcəkdir. Bu da öz növbəsində ali təhsilin əlçatanlığını şübhə altına alır”.