Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-19 23:43:28
Azərbaycan Psixologiya Akademiyası regionlarda təlimlərə başlayır - FOTOLAR


Bu gün Göygöldə Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqları  psixoloqlar üçün təlim keçiblər.

 


AzEdu.az xəbər verir ki, məqsəd psixoloqlar, psixologiya ixtisaslı məzunlar və ayrı-ayrı psixologiya mərkəzlərində çalışanların təkmilləşməsinə, inkişafına dəstək verməkdir. Eyni zamanda dünyada və regionda baş verən yeniliklərin, trendlərin təqdim edilməsidir.

 

“Uşaq psixologiyası və inkişafı” adlı təlimdə çıxış edən APAK-ın direktoru Sevda Əzizova bu cür tədbirlərin ölkənin digər şəhər və rayonlarında da reallaşdırılacağını diqqətə çatdırıb. S.Əzizova rəhbərlik etdiyi qurumda həm yerli, həm də Türkiyə və İsraildən olan psixoloqların çalışdığını vurğulayıb:

 

“Təcrübə mübadiləsi, dünyada baş verən yeniliklərin cəmiyyətə, pasiyentlərə vaxtında çatdırılması, istifadəsi üçün beynəlxalq əməkdaşlıq çox mühümdür”.

 

Daha sonra psixoloqlar Səbinə Cəbrayılova risk qrupuna daxil olan uşaqla işin təşkili, Ezgi Şahin valideyn-övlad münasibətləri və bu münasibətlərdə rast gəlinən konfliktlər, mövzusunda çıxış ediblər.

Tədbirin sonunda iştirakşılara sertifikat təqdim edilib.

Həmin bölgədə yaşayan şəhid və qazi övladları üçün ödənişsiz konsultasiya da olub.

 

Aucune description disponible.

Aucune description disponible.

 

Aucune description disponible.

Aucune description disponible.