Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 17:38:00
Məktəbli forması:  I və XI siniflər üçün eyni qiymətə  satılır – NİYƏ?

 

 

 Yeni məktəbli formaları artıq satışdadır və qiymətləri də ictimaiyyətə açıqlanıb. Köynəklər 14, şalvar və yubkalar 25 manatdır. Ancaq paltarların qiyməti bütün yaş qrupları üçün eynidir. I sinif və XI sinifin ölçülərinin fərqli olmasına rəğmən bütün siniflər üçün eyni qiymət nəzərdə tutulub. Bu da valideynlər tərəfindən olduqca narazılıqla qarşılanır.

 

Aucune description disponible.

 

Belə olan halda qiymətlərin bu şəkildə qoyulmasının əsas səbəblərini öyrənmək üçün deputat, iqtisadçı ekspert Rüfət Quliyevə müraciət etdik.

 

O qeyd edib ki, yaş və ölçüdən asılı olmadan bütün geyimlərin eyni qiymətə bazarlanmasına unifikasiya deyilir:

 

Bu, başqa bir xoşgəlməz hal yaşanmasın deyə tətbiq olunur. Ancaq məntiqlə qiymətdə fərq olmalıdır. Çünki hər yaş qrupu üçün fərqli ölçülər mövcuddur və parçaların istifadə miqdarında fərq edir. Ancaq qəbul edirəm ki, bütün yaş qrupları üçün olan formaların qiymətinin eyni olması qeyri-məntiqlidir.

 

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi yaşana biləcək saxtakarlıqların qarşısını almaq üçün say hesabı ilə formalar hazırladıb. Məsələn, 200 min şagird üçün elə həmin sayda paltar tikilib. Belə olan halda maliyyə məsələlərinə nəzarət daha asan olur. Maliyyə oyunları getməsin, sifarişlərdə sayla oynanmasın, satışda problem yaranmasın deyə bu yoldan istifadə olunduğunu düşünürəm”.

 

R.Quliyev aztəminatlı ailələrin məktəbli forması ilə bağlı yaşayacağı çətinliklərə də toxunub:

 

“Uşaqlar böyüdükcə ölçüləri də böyüyür. Belə çıxır ki, valideyn hər il övladına yeni forma almalıdır. Bu da aztəminatlı ailələr üçün problem yarada bilər”.