Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 16:53:18
Sertifikasiya: “Xarici dil müəllimlərinin danışıq səviyyəsi yoxlanılsın!”

İndiki dövrdə hər hansı bir xarici dil öyrənməyin intellektual inkişafımız üçün əhəmiyyəti danılmazdır. Dil biliyi bir çox sahələrdə insanların “əlindən tutur”, daha yaxşı mövqe və ya vəzifələr tutmaqlarına yardımçı olur.

 

Bəzi təhsil ekpertlərinin fikrincə, ölkəmizdə xarici dilin tədrisi o qədər də yüksək səviyyədə deyil. Onlar qeyd edirlər ki, xarici dil müəllimləri tədris etdikləri dildə danışa bilmirlər.

 

Bəs bu problem nədən qaynaqlanır ?

 

Sona Əliyeva: » Azərbaycan İnformasiya Agentliyi

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva qeyd edib ki, müəllimlərin tədris etdiyi dili bilməməsinin əsas səbəbi təhsil aldıqları universitetdir:

 

“İlk olaraq, problemin kökünə enmək lazımdır. Sözügedən müəllimləri hansı universitetlər yetişdirib? Onlarda bu dil bacarıqları necə formalaşdırılıb? Əgər tədris edəcəyi dili bilmirsə, necə məzun olub? və s. bu nüanslar vacibdir. Onu da qeyd edə bilərəm ki, bütün müəllimlərin  eyni savad, tədris metodikası və bacarığa malik olmaları mümkün deyil. Təbii ki, burada hansısa fərq, müxtəliflik olmalıdır”.

 

 

Ekspert vurğulayıb ki, xarici dil müəllimlərinin danışıq səviyyəsi sertifikasiya prosesində yoxlanmalıdır:

 

“Xarici dil üzrə müəllimlik edənlər bu dildə mütləq şəkildə yaxşı danışa bilməlidir. Dil bacarıqlarının yoxlanması yalnız bir yolla mümkündür. O da ki, şifahi danışıqdır. Məlumdur ki, sertifikasiya prosesi 2 mərhələlidir. Sonuncu mərhələ - müsahibədə sözügedən müəllimlərin dil bacarıqlarını yoxlamaqla onların tədrisə yararlı olub-olmamasını bilmək olar. Ümumiyyətlə müəllimlərə “savadsız” deyilməsinin əleyhinəyəm. Çünki onlar 4 il pedaqoji təhsil alırlar. Hər-halda bu illər ərzində özlərini inkişaf etdirəcək nələrsə öyrənirlər. Dil daşıyıcı olub, onu tədris etmək heç də asan deyil. Buna görə də xarici dil müəllimləri daim öz üzərilərində çalışmalıdırlar. Dövlət onların dil bacarıqlarını daha da təkmilləşdirmək üçün müəyyən təlimlər və tədris proqramları təşkil etməlidir”.