Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 12:30:00
7560 plan yeri artıb: universitetlərin auditoriya fondu genişlənib ? - RƏY  

 

 “2022-2023-cü tədris ilində Azərbaycan Ali təhsil müəssisələrinə qəbul olunanların sayı 48340 nəfər olub. 2023-2024-cü tədris ilində isə ali təhsil müəssisələrinə ümumilikdə 55900 plan yeri ayrılıb. Yəni ötən illə müqayisədə bu il 7560 nəfər çoxdur”.

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Vüsal Kərimli bu il plan yerlərinin artırılmasından danışarkən bildirirb.

 

 

O qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil müəssisələrinin akkreditasiyası qaydalarında Universitetlərdə "Bir təhsilalana düşən faydalı sahə 5 kv.m-dən az olmamaqla" göstərilib:

 

 

“30 sentyabr 2022-ci il Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarlarının 3-cü bölməsində Təlim və tədris bölməsinə uyğun olaraq (meyar) 3.5.6 Auditoriya fondunun (kv m.) tələbə sayına nisbətdə genişləndiyi qeyd olunur.  Amma suallar yaranır ki, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin auditoriya fondu artdımı? Yeni tədris binaları tikildimi?  Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq 2026-cı ilə kimi ATM-də təhsil alacaq tələbə sayının hər il üçün 75 min nəfərə çatdırılması nəzərədə tutulub”.

 

V.Kərimli tələbə sayının artırılması ilə bərabər elmlər doktoru və professorların sayı, professor-müəllim heyətində ayrı-ayrı ixtisaslar (proqramlar) üzrə ştatda olanların sayı, oxu zallarında bir təhsilalana düşən sahə, və s. kimi məsələlərin də təmin olunmasının vacbiliyini diqqətə çatdırıb.