Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 11:58:01
"150 bal yığanlar müsabiqəyə buraxılırlar" - DİM sədri 

"150 bal və daha yüksək nəticə göstərən abituriyentlər blok imtahanında 50 baldan yüksək nəticə göstərirlərsə, onlar da müsabiqəyə buraxılırlar".

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən deyib.

 

O vurğulayıb ki, hər bir ixtisas seçimi üzrə müxtəlif keçid balları var və abituriyentlər bu şərtləri çox vaxt səhv salırlar:

 

"Bununla yanaşı, məhdudiyyət tətbiq edilən əsas ixtisaslar da mövcuddur. Burada buraxılış və blok imtahanında 200 bal və daha yüksək nəticə göstərən abituriyentlər ixtisas seçimi müsabiqəsinə buraxılırlar. Amma onlar blok imtahanında minimum 100 bal toplamalıdırlar. Bu məhdudiyyət əsas ixtisaslara aiddir".