Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-10 10:37:00
Müəllimlərin maaşı necə hesablanır? – Aydınlıq gətirildi  

“Müəllimlərin əmək haqqısına təsir edən məqamlar onların stajı, təhsili və dərs yüküdür”.

 

AzEdu.az xəbər verir ki, bu sözəri təhsil məsələləri üzrə mütəxəssis Elşən Qafarov “Müəllimlərin maaşı necə hesablanır?” sualına cavab verərkən deyib.

 

O qeyd edib ki, “təhsil haqqında” qanunun 36-cı, “ümumtəhsil haqqında” qanunun isə 25-ci maddəsində göstərilir ki, dövlət, təhsil verənlərin sosial müdafiəsinə təminat verir:

 

Elşən Qafarov: “Xarici dil müəllimlərinin çoxu tədris etdiyi dildə danışa  bilmir”

 

“Azərbaycan Respublikasında özəl məktəblərdə müəllimlərin əmək haqqısı həmin məktəbin rəhbərliyinin işə götürənlə bağladığı müqavilə əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olan ümumtəhsil müəssisələrində eyni qaydada bağlanmış əmək müqaviləsi ilə və müəllimin stajı, təhsili və dərs yükü nəzərə alınır.

 

Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 270 nömrəli qərarında dövlət ümumtəhsil məktəblərində çalışan təhsil verənlərin əmək haqqısı təsbit olunub. Əmək haqqı hesablanarkən bayaq da qeyd etdiyim kimi, təcrübə nəzərə alınır. Yəni 3 ilə qədər stajı olan müəllimlər üçün daha sonra  3-8, 8-13, 13-18 və 18 ildən artıq olan iş fəaliyyətinə görə əmək haqqı hesablanır”.