Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 10:11:00
ADA-nın məzunu Macarıstana qəbul olundu: 44 minlik təqaüd qazanıb - MÜSAHİBƏ

Azərbaycanın istedadlı gənclərindən biri də Nəzrin İbrahimlidir.

 

O, ADA universitetində bakalavr təhsilini yüksək nəticələrlə bitirdikdən sonra Macarıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Eötvös Lorand Universitetinə qəbul olunub.

 

 

AzEdu.az-a müsahibə verən Nəzrin İbrahimli xaricdə təhsil almaq istəyinin haradan doğduğunu, gələcək planları və tövsiyələri barədə danışıb.

 

 

Müsahibəni təqdim edirik:

 

 

 

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz ?

 

 

 - ADA Universitetinin İnformasiya Texnologiyaları üzrə bakalavr dərəcəsini bitirmişəm. Texnologiyanın necə böyük bir dəyişiklik yaratma gücünə sahib olduğu hər zaman marağımı çəkib.  Akademik karyeram boyu veb proqramlaşdırma ilə məşğul olub, bir neçə təcrübə proqramlarında iştirak etmişəm və xaricdə təhsilimi davam etdirməyi qarşıma məqsəd qoymuşdum.

 

 

 - Hansı ixtisas üzrə qəbul olunmusuz ?

 

 

 - Kompüter Elmləri ixtisası üzrə magistr proqramına...

 

 

 

 - Niyə başqa ölkə deyildə məhz, Macarıstanda təhsil almaq istədiniz ?

 

 

- Macarıstanın yüksək təhsil sistemi və verdiyi akademik şanslar səbəbindən təhsilimi orada davam etdirmək qərarına gəldim. Çoxlu araşdırmalar apardım və Eötvös Loránd Universitetinin kompüter elmləri üzrə magistr təhsili üçün ideal yer olduğunu kəşf etdim. Mənim akademik və peşəkar məqsədlərim universitetin professorları, imkanları, tədqiqat və innovasiyaya güclü diqqəti ilə ideal şəkildə üst-üstə düşür. “Stipendium Hungaricum” təqaüdü də seçimimdə mühüm amil oldu. Təhsillə yanaşı, Macarıstana əvvəl səyahət etmiş biri olaraq onun mədəniyyəti ilə artıq tanış idim və burada çətinlik yaşamayacağıma inanırdım. Bununla yanaşı, bir neçə dostumun da Macarıstanda təhsil alması seçimimdə vasitə oldu.

 

 

- Təqaüdlə qəbul olmusunuz?

 

 

-  Bəli, “Stipendium Hungaricum” təqaüdünü qazanmışam. Bu məbləğ 43700 HUF-dur. Azərbaycan manatı ilə desək, 210 manat edir. Universitetin yataqxanasında qalmadığımız halda isə əlavə olaraq 40 min HUF verilir.

 

 

 

- Təhsilinizi bitirdikdən sonra vətənə qayıdacaqsız, ya bundan sonra Macarıstanda qalmağı planlaşdırırsız ?

 

 

- Macarıstanda təhsilimi bitirdikdən sonra vətənə qayıtmağı planlayıram. Əminəm ki, xaricdə təhsil şəxsi və intellektual inkişafım üçün əla şans verəcək, və mən öz təcrübəmi millətimin inkişafına töhfə verməyi vacib hesab edirəm. Təhsilim zamanı əldə etdiyim biliyi ölkəmin İT sənayesində texniki nailiyyətlərə töhfə vermək üçün istifadə etmək məni sevindirər. Bundan əlavə, düşünürəm ki, ölkəmə qayıtmaqla, digər iddialı İT mütəxəssislərini həvəsləndirə və istiqamətləndirə, onlara akademik və peşəkar məqsədlərinə çatmaqda kömək edə biləcəyəm.

 

 

 - Sizin kimi xaricdə təhsil almaq istəyən namizədlər ilk növbədə hansı nüanslara diqqət yetirib, araşdırmalıdır ?

 

 

- Həmin şəxslərə bildirirəm ki, ilk növbədə sizi marağlandıran proqramı təklif edən universitetləri tapın və bir az araşdırma apararaq məlumata sahib olun. Savadlı seçim etmək üçün kurs təkliflərini, fakültəni, mövcud tədqiqat imkanlarını və məzunların nailiyyətlərini nəzərə alın. Seçdiyiniz proqram və universitet üçün qəbul tələblərini və son müraciət tarixlərini dəqiq araşdırın. Potensial gecikmələri minimuma endirmək üçün bütün müvafiq sənədləri əvvəlcədən hazırlayın. Xaricdəki tələbələr üçün əlçatan olan təqaüdlər, qrantlar və maliyyə yardımı alternativlərini araşdırın. Təhsiliniz üçün vəsait əldə etmək üçün ixtisas tələblərini və təqaüdlərə müraciət üsullarını araşdırın. Təhsil alacağınız ölkədə yaşayış xərclərini nəzərə alın. Səyahətiniz zamanı vəsaitinizi idarə edə bilməyinizə əmin olmaq üçün büdcənizi, o cümlədən yaşayış, yemək, nəqliyyat və digər xərclər hesablayın. Təhsil alacağınız millətin yerli mədəniyyəti, adət-ənənələri və həyat tərzi haqqında məlumat əldə edin. Mədəni normaları başa düşmək, yeni kontekstə uyğunlaşma və inteqrasiyada sizə kömək edəcəkdir. Hər hansı sual yarandığı zaman universitet əməkdaşlarından, məzunlardan və ya artıq xaricdə təhsil almış digər tələbələrdən məsləhət almaqdan çəkinməyin.

 

 

- Gələcək karyeranız üçün nə düşünürsünüz, ixtisasınızla bağlı hədəfləriniz nələrdir ?

 

 

- Karyeramda hədəflərim həmişə böyükdür. İstər nəhəng texnologiya şirkətlərində işləmək və onlardan yeni biliklər əldə etmək olsun, istərsə də öz texnologiya şirkətimi qurmaq olsun, hamısına zamanla nail olub daha yaxşı yerlərdə olacağıma inanıram.