Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 15:25:00
“Brend tələbə”dən “qızıl sözlər”:  “Nifrət etməyəcəyiniz ixtisası seçin”  

AzEdu.az təhsil portalı “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” başlıqlı rubrikaya start verib.

 

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərlə bölüşməsidir.

 

 

Budəfəki müsahibimiz Xəzər Universitetinin  lll kurs tələbəsi Əfsanə Dəmirçiyevadır.

 

 

O, abituriyentlərə öz maraqlı tövsiyələrini bölüşüb:

 

“Mən 2020 Koronavirus pandemiyası dövründə qəbul imtahanı vermişəm. Demək olar ki, bu, mənim üçün ən çətin illərdən biri idi. Çünki karantin şərtlərinə görə məktəbə, kurslara və ya hazırlığa gedə bilmirdik. Bununla belə 630 bal nəticə əldə etmişdim. İstərdim ki, mənə kömək edən bəzi nüansları abituriyetnlərlə bölüşüm”.

 

 

 

Onun sözlərinə görə, abituriyentlər heç vaxt mövzulara "bu imtahana düşər, bu imtahana düşməz" formasında hazırlaşmamalı və testlərin cavablarını əzbərləməməlidir:

 

 

 

 “Test işləyərkən əgər A variantı düzdürsə, onu işarələyib keçməyin əvəzinə digər variantlar niyə səhvdir, niyə düzgün deyil, onu düşünsünlər. Onlar çalışmalıdır ki, heç bir  mövzunu yarımçıq qoyub, digərinə keçməsinlər. Və dərs oxumağı özləri üçün maraqlı hala gətirmək də onlara çox kömək edəcək. Məsələn, abituriyent olduğum zaman öz-özümə deyirdim ki, bu gün bu mövzudan 500 test işləyəcəm. 5-dən az səhvim çıxsa, özümə çox istədiyim bir şeyi hədiyyə edəcəm. Həftə ərzində planladığım bütün mövzuları normal öyrənə bilsəm, bazar günü gəzməyə, stress atmağa gedəcəm.

 

 

 

 

İmtahana az bir müddət qalmış stressə düşməyin necə olduğunu çox yaxşı bilirəm. Nə qədər təsəlli versələr də, çox təsir etmir. Məsləhət görərdim ki, onlar imtahandan 2 gün əvvəl oxumağı dayandırsınlar. İmtahandan öncəki gün dostlarla yığışıb deyib gülmək, hal-əhval açmaq onlara çox kömək edəcək ki, imtahana sakit başla girsinlər.

 

 

 

Digər məsləhətim odur ki, bilmədikləri suallar ard-arda gəldikdə, həmin fənni saxlayıb, digər fənnə keçsinlər. Axırda bitirdikdə o fənnə qayıda bilərlər”.

 

 

 

“Brend tələbə” vurğulayıb ki, prosesdə ən mühüm qərar düzgün ixtisası hədəfləmək , daha sonra isə müvafiq universiteti seçməkdir:

 

 

“Abituriyentlər nəzərə almalıdır ki, sevdikləri və ya işləyərkən nifrət etməyəcəkləri bir ixtisası seçsinlər. Ola bilsin ki, valideynləri onlara qarşı çıxsın və öz istədikləri mühüm anlardandır. Çalışın, mümkün qədər öz istədiyinizi edin. 4 il boyunca universitetə getmək sizin üçün yük deyil, həyatınızın ən gözəl illərindən olsun. Və universitetləri yaxşı araşdırın, sırf ad üçün universitet seçməyin. Özəl və ya dövlət deyə ayırmayın. Mən özəl univetsitetdə oxuyuram, amma dövlət universitetlərindən daha sanballıdır. Ümid edirəm ki, bu il və sonrakı illərin abituriyentləri üçün hərşey yaxşı olar və istədikləri ixtisaslara qəbul olunarlar”.