Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 08:59:01
Şagird yerdəyişməsinə start verilir

Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

 

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.

 

Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

 

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, 5-9-cu siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.

 

 

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

- Heydər Əliyev adına lisey

- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

- 132-134 nömrəli təhsil kompleksi

- T.Həsənov adına 23 nömrəli tam orta məktəb

- İlyas Əfəndiyev adına Elitar gimnaziya

- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

- Zəngi liseyi

- Bakı Avropa Liseyi

- “Ankara məktəbi” məktəb-lisey

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

- Bülbül adına orta ixtisas musiqi məktəbi

- Humanitar fənlər təmayüllü məktəb-lisey.