Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 16:32:53
Kim rektor ola bilər ? - Professor : “Bu status müəyyən edilməyib”    

Zahid Məmmədov: “Məsələ müasir qanunvericilikdə mütləq nəzərə alınmalıdır”

 

“Türkiyə qanunlarına əsasən, rektor professor olmalıdır, yaşı 67-ni keçməməlidir”

 

“Bəzi rektorlar var ki, elmi dərəcəsi, elmi adı yoxdur, amma vəzifə sahibi ola bilirlər”

 

Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov  universitet rəhbərlərinin elmi dərəcələrindən danışarkən bildirib: 

 

Alim vurğulayıb ki, “Elmi adlar haqqında” əsasnamədə “dosent kim ola bilər?” sualının cavabı var:

 

“Elmi dərəcəni kim ala bilər, professor kim ola bilər?” suallarının da cavabı məlumdur. Lakin rektorların statusu müəyyən edilməyib. Türkiyədə rektorun kim ola biləcəyi haqqında şərtlər qanunda yazılıb. Ona görə də bu, müasir qanunvericilikdə mütləq nəzərə alınmalıdır. Türkiyə qanunlarına əsasən, rektor özü ilə maksimum 3 prorektor gətirir, gedəndə də özü ilə birlikdə aparır. Rektor professor olmalıdır, yaşı 67-ni keçməməlidir.

 

Bizdə isə baxırsan, rektor dəyişir, amma prorektor qalır və ya prorektoru nazirlik təyin edir. Bu məsələ elmi cəhətdən əsasını tapmalıdır. Dünyada qəbul edilmiş standartlar mövcuddur.

 

Ali təhsil müəssisəsində ilk növbədə təhsilin kefiyyətinin əsas göstəricilərindən biri elmi addır. Burada şərtlər olmalıdır, qanunla təsbit olunmalıdır, o zaman bu məsələlər öz həllini tapa biləcək”.