Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 08:22:00
Qarabağda təhsil! – “Elə strategiya seçilməlidir ki, əcnəbilər də gəlsin”  

 

 İşğaldan azad olunmuş ərzilərimizə qayıdan sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox sahələr üzrə layihələr həyata keçirilir. Bunlardan biri də sözsüz ki, təhsil sahəsidir.

 

Azad olunmuş ərzilərimizdə təhsilin infrastrukturunun qurulması, inkişafı, dirçəldilməsi üçün necə bir təhsil proqramı və ya strategiyası hazırlanmalıdır?

 

Sualımızı cavablandıran sabiq millət vəkili Sona Əliyeva AzEdu.az-a bildirib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Cənab Prezident tərəfindən “Böyük qayıdış”a dair I Dövlət Proqramı qəbul olunub. Təhsil infrastrukturuna dair məsələr öz əksini tapıb:

 

 Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA

 

Burada məktəbəqədər, orta və ali təhsil müəssisələrindəki təhsilin təşkili məsələləri öz əksini tapıb. Lakin bəzi məsələlərə diqqət çəkmək istərdim.

 

Təbii ki, əsas məsələ infrastrukturun qurulması və inkişafını təmin etməkdir. Ora gedəcək müəllimlər, mütəxəssislər üçün müvafiq təlimlərin təşkil olunması zəruridir. Həmçinin düşünürəm ki, orada işləmək üçün gedən müəllimlərə hər hansı təşviqedici, həvəsləndirici qərarlar verilə bilər.

 

Onlara maaş, pensiya və digər güzəştlər nəzərdə tutula bilər və s. Lakin təhsil məzmununun mütləq şəkildə tənzimlənməsi, yenilənməsi vacib məsələlərdən biridir. Orada yaşayan sakinlərə uyğun məzmun qurulmalıdır. Bundan əlavə ora gedəcək müəllimlər müxtəlif istiqamətlər üzrə təlimlər almalıdır. Yeni ərazi olduğu üçün orada müəyyən təhlükələr hələ də qalmaqdadır. Həmin ərazilərdə davranış qaydalarınına bələd olmalı, təhlükə ilə üzləşdikdə nə etməli olduqları ilə bağlı məlumatlı olmaq zəruridir. Çünki hələ də orada insidentlər baş verir. Bu mənada ora gedən əhalinin məlumatlandırılması, təlimatlandırılması çox vacib məsələdir”.

 

Sabiq deputatın fikrincə, həmin ərzilərdə təhsilin əlçatanlığı təmin olunmalıdır:

 

“Təhsil sahəsində bir çox şeyin dövlət maliyyələşdirməsi arzuolunandır. Sakinlərin təhsilə maraqları təmin olunmalı, qısacası motivasiya yaradılmalıdır.

 

Düşünürəm ki, mütəmadi olaraq həmin ərazilərdə təhsilin inkişafı, müşahidəsi, qiymətləndirilməsi aparılmalıdır. Qeyd olunan yerlərdə elə bir təhsil sitemi qurmaq lazımdır ki, həm əhali razı qalsın, həm də ətraf ərazilərdən, hətta xarici ölkələrdən o regionlara oxumağa gələnlər olsun”.

 

Müsahibimiz eyni zamanda texnologiyanın əlçatanlığı və keyfiyyəti qənaətbəxş olmasını da vurğulayıb:

 

“Düşünürəm ki, bu məsələlər nəzərə alınsa, oradakı sakinlərin həm iqtisadi, həm də mədəni potensialı güclənəcək. Proqramda qeyd olunan nüanslar diqqətlə ələ alınsa, həyata keçirilsə, bu, çox möhtəşəm bir kampaniya ola bilər”.