Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 15:23:29
Ən yüksək bal toplayan abituriyent:  “Bu mövzulara diqqət edirdim”  

 

 

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 8-9 iyul 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edib.

 

AzEdu.az xəbər verir ki, III qrup blok imtahanı üzrə ən yüksək nəticənin sahibi 390.9 balla Sevil İsmayıllıdır.

 

 

Sevil Yardımlı rayon Çayüzü kənd orta məktəbinin məzunudur.   

 

AzEdu.az saytı Sevil İsmayıllı ilə söhbətləşib və onun imtahan təəssüratlarını öyrənib.

 

 

-Nəticənizi öyrəndiyiniz zaman hansı hisləri keçirdiyiniz?

 

- Nəticəmin birinci cəhd blok imtahanına nisbətən yaxşı olduğunu bilirdim. Amma bu qədər gözləmirdim deyə daha çox sevindim.

 

-İmtahana necə hazırlaşırdınız, xüsusi bir metodunuz var idimi?

 

-Xüsusi bir öyrənmə metodum yoxdur. Öyrəndiyim dərsləri özümə danışmağa üstünlük verirdim. Sınaqlarda çətinlik çəkilən mövzular üzə çıxır. Təkrarda bu mövzulara xüsusi diqqət yetirirdim.

 

-Uşaqlıqdan xəyalını qurduğunuz bir peşə olub?

 

- Uşaqlıqda həkim olmaq arzusunda idim.Böyüdükcə bu peşənin xarakterimə uyğun olmadığının fərqinə vardım. Özümü hüquqşünaslıq peşəsində görürəm.

 

-Hansı ixtisası və universiteti seçəcəyinizə qərar vermisiniz?

 

- Hüquqşünaslıq ixtisasının seçəcəm. DİA və BDU arasında qalmışam. Hansı universiteti seçəcəyimlə bağlı araşdırma aparıram.

 

-Xaricdə təhsil almaq haqqında nə düşünürsünüz?

 

- Xaricdə təhsil haqqında düşünməmişəm.

 

-Motivasiya mənbəyiniz kim və ya nələrdir?

 

- Seçdiyim peşə mənim motivasiya qaynağım olub.

 

-Hazırlıq müddətində hansısa əlavə bir məşğuliyyətiniz olub?

 

- Hazırlıq müddətində əlavə məşğuliyyətim olmayıb.