Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 23:57:58
Qalib qızları türk təyyarə kapitanı belə təbrik etdi - Təsirli video

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatında qalib olan Azərbaycan qız basketbol komandasının üzvləri qürurverici anlar yaşayıblar.

 

AzEdu.az xəbər verir ki, qalib qızlarımız təyyarə ilə vətənə dönərkən, türkiyəli təyyarə kapitanı onları qələbə münasibətilə təbrik edib:

 

“Bu gün bizim üçün də özəl gündür.  16 yaşlılardan ibarət Azərbaycan qız basketbol komandası Avropa Çempionu olub. Sizi qələbə münasibətilə təbrik edirəm, yeni qələbələr və uğurlar arzulayıram.  Təkrar təyyarəmizə xoş gəlmisiniz və sizi daşımaq bizim üçün qürurdur”.

 

Qeyd edək ki, kapitanın addımını sevinc hisləri ilə qarşılayan qalib qızlarımız onun bu jestini ürəkdən alqışlayıblar.  

 

Məlumat üçün bildirək ki, Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun final oyunu keçirilib.

 

Finalda qızlardan ibarət U-16 milli komandamız ev sahibi Andorra seçməsi ilə qarşılaşıb. Komandamız yekunda rəqibinə 57-45 hesabı ilə qalib gələrək, heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

 

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilk və çox böyük uğurdur.