Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 08:31:52
Məktəb tavanı uçub, 9 nəfər ölüb


Çinin şimal-şərqindəki Heyluntszyan əyalətinin Ciciqar şəhərində orta məktəbin ərazisində idman korpusunun tavanının uçması 9 nəfərin ölümünə səbəb olub, daha ikisi dağıntılar altındadır.

 

AzEdu.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl telekanal məlumat verib ki, bazar günü Pekin vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 12:00) şəhərin təhsil müəssisələrindən birində tavan uçub. Nəticədə azı 10 nəfər dağıntılar altında qalıb.

Daha iki nəfərin hələ də itkin düşdüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

İstintaqın ilkin məlumatlarına görə, təmir işlərinin aparılması qaydalarının pozulması səbəbindən idman binasının dam örtüyü zədələnib. Sonradan yağan yağışlar onun dağılmasına yol açıb.