Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 23:28:29
Naxçıvanda faciə: polis uşağı xilas etdi, anasını qurtararkən özü də boğuldu

“Naxçıvanda qəhrəman polis göldə boğulan uşağı xilas etdi, ana və özünü xilas edə bilmədi”.

AzEdu.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi əvəzi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oglu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası-1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər”, - E.Hacıyev deyib.

Qeyd edək ki, hadisə Babək rayonundakı Uzunoba gölündə baş verib.

Batan şəxslərin FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu isə xəstəxanaya yerləşdirilib.