Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-21 16:32:14
Hava yenə dəyişəcək: güclü külək, yağış, sel...

İyulun 22-si və 24-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

 

AzEdu.az xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

 

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.