Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 12:50:13
Zibil yeşiyindən tapılan körpə ilə bağlı daha bir AÇIQLAMA

Sabunçu rayonunda məişət tullantıları qutusundan tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Azedu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Məlumata görə, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub.

 

"Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır", - deyə məlumatda qeyd olunub.