Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 21:00:00
Təhsil İnstitutundan doktorantlara vacib xəbər

Təhsil İnstitutu 2023-cü il noyabrın 10-11-də Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika elmi konfransını (NASCO) keçirəcək.


Bu barədə AzEdu.az-a Təhsil İnstitutundan məlumat verilib.


NASCOXXVI-nın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.


ARTİ tərəfindən 24 iyul 2023-cü il saat 17:00-da doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn təlim təşkil olunacaq.

Tezisin hazırlanması və elmi tədqiqatlarda düzgün istinad qaydaları bu təlimin əsas mövzularıdır.

Təlimdə spiker qismində ARTİ-nin direktor müavini Könül Abaslı çıxış edəcək. O, bakalavr və magistratura təhsilini Bakı Slavyan Universitetində, doktorantura təhsilini isə Türkiyədə Hacettepe Universitetində alıb.

Sözügedən konfrans haqqında qeyd olunmuş keçiddən (https://shorturl.at/cstNR) ətraflı məlumat əldə edə bilərsiniz.

Təlimdə iştirak etmək üçün qeydiyyat formasına keçid: https://forms.office.com/r/FuUkLmp9sM


Sözügüdən təlimdə iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək vacibdir. Qeydiyyatdan keçmiş şəxslərə onlayn təlimə qoşulmaq üçün elektron poçt vasitəsi ilə 23 iyul 2023-cü il tarixində keçid göndəriləcək.