Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 09:33:59
Bakıda bəzi yollarda sürət həddi azaldılıb  

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar bəzi yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.


“Bununla bağlı məlumat tablolarında dəyişiklik edilib. Belə ki, Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə hərəkət sürəti endirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur”, - məlumatda bildirilir.