Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 08:40:00
Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

AzEdu.az ETSN Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadla hava proqnozunu təqdim edir.

 

Bakıda və Abşeron yarımadasında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, 16-dan 17-nə keçən gecə və səhər erkən saatlarında yarımadanın bəzi ərazilərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 22-27° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-90 faiz olacaq.

 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti: Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Dəniz suyunun temperaturu: Şimal çimərlikləri - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 23-24° isti, Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.

 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-17° isti təşkil edəcək.

 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti olacaq.

 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 14-18° isti təşkil edəcək.

 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 24-28° isti təşkil edəcək.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında: Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-12° isti olacaq.

 

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında: Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 23-28° isti təşkil edəcək.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında: Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 14-17° isti, gündüz 17-22° isti olacaq.