Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 10:14:00
Bugünkü MİQ imtahanlarına neçə müəllimin çağırıldığı MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, bu gün - iyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqinin test imtahanları davam edir. Saat 10:00-da başlayan imtahanlara neçə nəfərin çağırıldığı açıqlanıb.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bugünkü imtahanlara Azərbaycan dili və ədəbiyyat üzrə 7 187, Azərbaycan dili (rus bölməsi) üzrə 196, ingilis dili üzrə 5 635, təsviri incəsənət fənnindən isə 1 468 namizəd dəvət olunub. 
 
Qeyd edək ki, cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu nəzərdə tutulub.
 
11-15 iyul tarixlərini əhatə edən test imtahanları 13 müxtəlif şəhər və rayon üzrə ümumilikdə 29 mərkəzdə təşkil olunur. İmtahanlarda namizədlərə 150 dəqiqə vaxt verilir.