Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 08:45:19
Bu gün MİQ-də kimlər imtahan verir... - SİYAHI

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.


AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu gün imtahanların birinci seansına Azərbaycan dili və ədəbiyyat, Azərbaycan dili, ikinci seansına isə ingilis dili, təsviri incəsənət fənləri üzrə namizədlər dəvət olunub.


Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir. Onlar 60 sualı cavablandırmalıdırlar.


Cari ildə 10 minədək müəllimin işə qəbulu nəzərdə tutulub. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.