Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 16:48:52
Dərsliklər monitorinq olunsun! -  Nə şagird anlayır, nə valideyn, nə də...!    

 

 Adil Vəliyev : “Xüsusən riyaziyyatda elə məsələlər olur ki, məsələnin özünü anlamaqda problem yaşanır. Şagird oxuduğunu anlamır ki, məsələni də həll etsin”

 

 

 

Məktəbdə sağlam və məhsuldar tədrisin həyata keçirilməsi üçün müasir tədris vəsaitlərinin rolu danılmazdır. Əsaslı biliklərin təmin edilməsində digər tədris vəsaitlərilə müqayisədə dərsliklər ən önəmli yerə sahibdir. Dərslik tədris prosesində istifadə edilən əsas tədris vəsaitlərindən biridir. Bu baxımdan dərsliklərin monitorinqi də olduqca vacib bir prosesdir.

 

 Hazırda ən ideal variantlardan biri dərslərin birləşdirilib 80 dəqiqəyə  endirilməsidir”-Adil Vəliyev - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev monitorinq olunan dərsliklərin yazılma qaydası ilə tam razılaşmadığını deyir.

 

 

Ekspert yerli təhsil üçün nəzərdə tutulan dərsliklərlə bağlı danışmazdan öncə xarici təcrübəyə müraciət edərək örnəklər verib:

 

“Bir neçə il əvvəl Azərbaycan Respublikası Təhsil İnstitutu məni də dərsliklərin yoxlanılması üçün dəvət etmişdi. Biz də orada fikir və təkliflərimizi irəli sürdük.  Getməzdən əvvəl xarici ölkələrdəki-Amerika,Türkiyə, Polşadakı dərsliklərin vəziyyəti ilə maraqlanmışdım. Monitorinq zamanı təkliflərimi də irəli sürmüşdüm. Məsələn, Amerikada dərsliklər hər şagird üçün verilir və geri alınmır. Əlavə olaraq bizdə olduğu kimi hər fənn üçün çoxlu dəftərlərdən istifadə olunmur. Tapşırıqlar kitabın üzərində həll olunur. Kitabı isə özləri ilə heç bir yerə aparmır, sadəcə lazımi vərəqi kəsib götürürlər”.

 

Müsahibimiz bir sıra yaş qrupları üçün yazılan dərsliklərin anlaşılmaz olduğunu düşünür:

 

Monitorinq olunan dərsliklərin vəziyyətinə gəldikdə isə tam razılaşa bilməyəcəm. Məsələn, ibtidai siniflər üçün yeni-yeni dərskliklər hazırlanır. Həmin yaş qrupunun anlaya biləcəyi formada yazılıb. Ancaq mövzulara nəzər yetirsək, şagirdlərin anlaması üçün çətinlik törədə biləcək kontent də olduğu aydınlaşır. Hətta bəzən valideyn belə kitabda yazılanları anlamaqda çətinlik çəkir. Bu kimi nüanslara xüsusi diqqət yetirilməlidir. Bir sıra fənlərdə, xüsusən riyaziyyatda elə məsələlər olur ki, məsələnin özünü anlamaqda problem yaşanır. Şagird oxuduğunu anlamır ki, məsələni də həll etsin.

Dərsliklər hazırlandıqdan sonra dəvət olunmuşduq. Dərslikləri nəzərdən keçirdikdə ingilis dili fənnindən Böyük Briytaniya modelinin istifadə olunduğunu müşahidə etdim. Bununla bağlı narazılığımı bildirdim. Birinci sinif Azərbaycan dilindən oxuyub yazmağı öyrənir. Ona ingilis dilini artırmaq doğru deyil. Şagirdin iki dillə yüklənməsi onun ana dilində səlis danışmaq qabiliyyətinə təsir göstərə bilər.”

 

 

Ekspert deyir ki, dərsliklərin daxilində texniki yeniliyi tətbiq etmək üçün öncəliklə avadanlıq baxımından hazırlıqlı olmalıyıq:

 

 

“Əlavə olaraq kitabların yanında dinləmə mətnlərini həyata keçirmək üçün disklər gətirirlər. Elmi-texniki yeniliyə can atmaq yaxşı bir şeydir. Ancaq nöqsanlı tərəfləri var. Bununla bağlı iradımı bildirdim ki, Azərbaycan təkcə Bakıdan, Sumqayıtdan, Gəncədən ibarət deyil. Ucqar rayon və kəndlər var ki, oralarda həmin diskləri yerləşdirib dinləyə biləcəkləri texniki avadanlıq yoxdur. Bundan başqa, bir məqam da uşaqların dinlədiklərini anlama problemi ilə əlaqəlidir”.