Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-13 13:14:01
MİQ-də bu gününün yüksək nəticəsi - 89,5 bal

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin 3-cü günündə yüksək nəticə qeydə alınıb.

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, Aysel Əzizova ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) 89,5 bal toplayaraq yüksək nəticə göstərib.

Qeyd edək ki, bu gün MİQ müsabiqəsinin test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11 004, musiqi fənni üzrə isə 3 255 namizəd dəvət olunub.

 

Qeyd edək ki, ümumilikdə 58 000 namizədin dəvət olunduğu test imtahanları 11-15 iyul tarixlərini əhatə edir. Ölkənin 13 şəhəri üzrə 29 mərkəzdə keçirilən imtahanda namizədlərə 150 dəqiqə vaxt verilir. Müəllim olmaq istəyənlər 60 sualı cavablandırmalıdırlar.

 

Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib.

 
A.Qorxmaz