Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 15:53:36
MİQ-də kurikulum deyil, metodikaya dair suallar salınsın! –  TƏKLİF  

 

 Ötən gün- iyulun 11-dən Müəllimlərin İşə Qəbulu imtahanları başladı. İmtahandan çıxan əksər müəllim sualların olduqca çətin olduğunu vurğuladı. Xüsusilə kurikulumdan çətinlik çəkdiklərini iddia edirdilər.

 

Nadir İsrafilov: ”Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi  yetişdirən də bizik...”-IV Yazı - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

Dünənki MİQ imtahanının çətinlik səviyyəsi ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov sualların çətinləşdirilməsi məsələsi ilə bağlı narazılığını ifadə etdi:

 

 

“MİQ imtahanı DİM-in imtahanına bənzəyib. DİM imtahanlarında da suallar çətin, asan olur. Bunu anlamaq olar. Tələbə qəbulunun nəticələri plan yerləri ilə əlaqəli olur. Plan yerlərində namizəd az olanda suallar çətinləşdirilir. MİQ-də də sualların çətinliyi ilə bağlı eyni problemlər olur. Nazir bu yaxınlarda gələn il sualların çətinləşəcəyi ilə bağlı bir məlumat verdi.  Bu qərar mənim üçün bir qədər anlaşılmazdır. Suallar niyə çətinləşdirilməlidir? Sertifikasiya imtahanlarının birinci mərhələsində ədəbiyyat müəllimləri sualların çətinliyi ilə bağlı problem yaşadılar. İkinci mərhələdə isə suallar asanlaşdırıldığı üçün yüksək balların sayı çoxaldı. Təhsilin dövlət standartları, proqramları var. Onlara uyğun səviyyədə suallar tərtib olunmalıdır”.

 

 

Ekspert imtahanda nəzəri məsələlərdən çəkinməli, daha çox metodika ilə bağlı suallara üstünlük verilməli olduğu qənaətindədir:

 

“Kurikulum başıbəlalıdır. Ortaya atılan gündən polemikalara, mübahisələrə, narahatlıqlara səbəb olur. Nəzəri məsələlərdən çəkinməli, daha çox metodika ilə bağlı suallara üstünlük verilməlidir. Riyaziyyatçı olsun, tarixçi olsun, dilçi olsun öz ixtisasını müəyyən dərəcədə bilir. Müəllimlik təkcə nəzəri biliklərlə kifayətlənə bilməz. Müəllim olmağı bacarmaq üçün podaqogikanı, metodikanı bilmək lazımdır.  Elm, nəzəri bilik “nə?” sualına cavab verir, metodika isə “necə” sualına cavab verir. Bizim nəyisə çox bilməyimiz onu öyrədə bildiyimiz mənasına gəlmir. Universitet riyaziyyat müəllimi buraxır. Pedaqoji ali məktəblər isə riyaziyyat müəllimi hazırlayır”.

 

N.İsrafilov nəticə olaraq fikrini belə yekunlaşdırıb:

 

 

“Müəllimlərin hazırlanmasında, yoxlanmasında əsas diqqət metodika və pedaqogikaya yetirilməlidir. Çünki nəzəri biliyi araşdıraraq öyrənmək olar. Amma metodikaya yiyələnmək zəruridir”.