Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 12:12:48
500 balla kəsilən abituriyentlər var! – Nəyi yanlış edirlər? - İZAH  

 

 

“Yalnız abituriyentin balına baxaraq seçim edilə bilməz. Seçim zamanı diqqət yetirilməli olan xüsusi məqamlar var”

 

 

“İxtisas seçimi etməzdən əvvəl abituriyent və valideynlə konsultasiya keçirilməli, söhbətlər aparılmalıdır”

 

 

Abituriyentin 11 illik təhsil həyatı boyunca imtahana hazırlaşması, imtahan prosesi və imtahan nəticəsində topladığı bal nə qədər əhəmiyyətlidirsə, bütün bunların sonunda edilən ixtisas seçimi də o qədər önəm daşıyır. Bu, abituriyentin həyatında həlledici rola malik olan proseslərdən biridir. Ancaq ixtisas seçimi təkcə bala uyğun ixtisasın seçilməsi və kodlaşdırılması ilə bitmir. İxtisas seçimini edən şəxs həm də konsultant olaraq doğru məsləhətləri verməyi bacarmalıdır.

 

İxtisas seçimində abituriyent və valideynlə aparılan konsultasiyanın əhəmiyyəti nədən ibarətdir? İxtisas seçimində konsultasiya almağın faydaları nələrdir?

No description available.

Suallarımıza daha ətraflı cavab tapmaq məqsədilə təhsil eksperti Adil Vəliyevə müraciət etdik. AzEdu.az-a açıqlama verən ekspert, ixtisas seçiminin və proses ərzində konsultasiyaların aparılmasının önəmindən danışdı:

 

“Bəzən ixtisas seçimi dedikdə insanlar düşünür ki, burada çətin bir şey yoxdur. 1 il əvvəlki keçid ballarına baxaraq ixtisas seçimi edərək problemsiz qəbul ola bilər. Bu düşüncədə olan adamlar təssüf ki, kimlərinsə ixtisas seçimini edir. Ona görə də hər il ya yüksək bal toplayan abituriyentlər ya qəbul ola bilmir, ya da istədikləri ixtisasa qəbul olmurlar. 400-500 balla universitetə qəbul ola bilməyən abituriyentlər görmüşük”.

 

Müsahibimiz deyir ki, yalnız abituriyentin balına baxaraq seçim edilə bilməz. Seçim zamanı diqqət yetirilməli olan xüsusi məqamlar var:

İxtisas seçimi etməzdən əvvəl abituriyent və valideynlə konsultasiya keçirilməli, söhbətlər aparılmalıdır. Konsultasiya zamanı aşağıdakı suallara cavab tapmaq zəruridir.

Hansı ixtisas balınıza uyğundur?

Balınıza uyğun olan ixtisaslara hazırda əmək bazarında tələb varmı?

Sizin həmin ixtisas üçün bacarıqlarınız var və lazımi keyfiyyətlərə sahibsiniz? Və s.

Şagirdin biliyinin, bacarığının, marağının hansı istiqamətdə olduğu müəyyənləşdirilməlidir. Daha sonra abituriyentə uyğun olan ixtisaslar təklif olunmalıdır. Hansı ixtisasları bitirsə, əmək bazarında özünə yer tapa biləcəyi, magistr təhsilini istədiyi ölkədə davam etdirə biləcəyi haqqında məlumatlandırılmalıdır. Qeyd etdiyim nüanslara xüsusilə diqqət yetirilməlidir. Çünki ixtisas seçimi zamanı hansı universitetdə, hansı ixtisası seçdiyinizə diqqət etməlisiniz. Bildiyiniz kimi Azərbaycanda ikili diplom verən ixtisaslar var. Bu kimi detallara bələd olub abituriyenti də məlumatlandırmaq gərəklidir. Bundan əlavə ixtisas seçimində tələbənin aktivliyi, sosial fəaliyyətləri də nəzər alınmalıdır. Tələbəlik həyatını fəaliyyətlərinə uyğun, dolğun şəkildə yaşaya bilməsi üçün məsləhətlər verilməlidir”.

 

A.Vəliyev  ixtisas seçimi zamanı müraciət olunan və əmək bazarında tələbatlı bir neçə sahəyə də diqqət çəkdi:

“Əmək bazarında tələbatlı olan ixtisaslar son bir neçə ildir ki, eynidir. Dəyişən bir şey yoxdur. Yenə də İT, kompüter mühəndisliyi, robot-texnika sahəsində mexanika mühəndisliyi, logistika, maliyyə və mühasibat uçotu, sənaye mühəndisliyi və xüsusilə turizm Azərbaycanda, eləcə də dünyada populyar olan ixtisaslardır”.