Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 10:58:17
“Brend tələbə”dən abituriyentlərə tövsiyə: “Əsas ixtisasın gələcəyidir”  

“Çünki artıq bəzi ixtisaslarda insan əməyindən istifadə edilmir”

 

 

AzEdu.az təhsil portalının layihələrindən biri olan  “Brend tələbə”lərdən abituriyentlərə tövsiyə” rubrikasına start veririk.

 

 

Burada əsas məqsəd təhsil aldıqları müddətdə yüksək götəricilərə sahib olan “Brend tələbə”lərin öz uğur sirlərini abituriyentlərə bölüşməsidir.

 

 

Onlar abituriyentlərin qəbul imtahanlarına hazırlaşarkən diqqət etməli olduqları vacib məqamları və ixtisas seçimi ilə bağlı tövsiyələrini diqqətə çatıracaqlar.

 

 

İlk müsahibimiz “Xəzər” Universitetinin lll kurs tələbəsi Afət Əhmədovadır.

 

 

“Brend tələbə” bildirib ki, abituriyentlər qəbul imtahanlarından yaxşı nəticə əldə etmələri üçün bir neçə nüansa diqqət etməlidirlər:

 

 

“Yuxu rejimi və qidalanma rasionu hər bir fərd üçün vacib faktorlardır. Düşnürəm ki, abituriyentlər üçün vacib olan bu dönəmlərdə valideynləri bu məsələyə olduqca ciddi yanaşmalıdır.

 

Bəzən abituriyentlər nəyə fokuslanacağını bilmirlər və bir arada daha çox fənn üzərində işləyirlər və bu hal həm abituriyentləri yorur həm də yaxşı nəticə göstərmələrinə əngəl törədir. Öz müəlliminiz olun. Niyə? Çünki öyrəndiyiniz materialı başqasına çətinlik çəkmədən izah edə bilirsinizsə bu, o deməkdir ki, artıq o mövzunu tam mənimsəmisiniz. Növbəti qeyd edəcəyim nüans mobil telefonla bağlıdır. Tövsiyə edərdim ki, hazırlıq dövrü ərzində sosial mediadan istifadə etməyin və ya gündəlik yalnız 1 saat istifadə edin. Sosial media dərslərə fokusu azaldır və buda öz növbəsində sizin nəticəyə mənfi təsir göstərir. Unutmayın ki, əziyətinizin sonunda istədiyiniz nəticəni əldə edəcəksiniz”.

 

 

 

O deyib ki, abituriyentlər stressə qapılmamaq üçün imtahana az müddət qalmış meditasiya etsinlər:

 

 

“İlk növbədə deyərdim ki, özünüzə inanın. İmtahan zamanı stressin olması normaldır, lakin bunu azaltmaq üçün imtahandan bir neçə gün əvvəl meditasiyalar edərək və həyacanınızı ən yaxın hiss etdiyiniz və sizə dəstək verən yaxınlarınızla bölüşərək, azalda bilərsiniz. Çalışın ki, həyəcan sizə qalib gəlməsin.

 

 

 

“Brend tələbə” ixtisas seçimi edərkən hansı məsələlərə diqqət edilməsini də nəzərə çatdırıb:

 

 

“İlk növbədə onu qeyd edim ki, yaxşı nəticə istəyiriksə, doğru məqsəd qoyulmalıdır. Abituriyentlərə ilk tövsiyəm öz maraq və bacarıqlarına uyğun ixtisas seçmələridir. Bunun üçün abituriyentlər müxtəlif peşə testlərindən keçə bilərlər. Həmçinin, ixtisas haqqında doğru şəxslərdən məlumat əldə edərək, öz maraq və bacarıqlarına uyğun olub-olmadığını yoxluya bilərlər. İkinci tövsiyəm düzgün planlamanın olmasıdır. Planlama ilə birlikdə dərslərə fokuslandıqda hər bir abituriyent  istədiyi nəticəni əldə edə bilərlər.

 

 

 

 Məlumdur ki, ən önəmli proses ixtisas seçimi etməkdir, çünki burada gələcəyinizin təməlini qoyursunuz. Yığdığınız bala və öz istəklərinizi nəzərə alaraq kodlaşdırma edin. Digər önəmli faktorlardan biri də əmək bazarında seçdiyiniz ixtisasın bu günü və gələcəyidir. Çünki artıq bəzi ixtisaslarda insan əməyindən istifadə edilmir. Universitet seçimi edərkən araşdırma aparın və seçdiyiniz ixtisas üzrə ən yaxşı təhsil verən universiteti seçin. Sizlərlə  ixtisas.az saytını bölüşmək istərdim. Üç il əvvəl məndə ixtisas.az platforması vasitəsi ilə ixtisas və universitet seçimi etmişəm. Siz bu portalın köməkliyi ilə ixtisas haqqında məlumat, konsultasiya xidməti və mentorluq xidmətlərindən yararlana bilərsiniz. Valdeynlər də öz növbəsində övladlarının seçiminə hörmət etməli və övladlarını sıxmamalıdırlar. Bu yolun sonu deyil başlanğıcıdır və bu yolu gözəl etmək öz əllərinizdədir. Sizi formalaşdıran seçimlərinizdir, çalışın ki hər zaman doğru seçimlər edəsiz”.