Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 09:57:46
Bu gün MİQ imtahanlarında neçə nəfər iştirak edir ? -AÇIQLANDI

İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər.

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bu gün keçiriləcək test imtahanlarının I seansına 6 353, II seansına isə 6 627 namizəd dəvət olunub. 

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.


İmtahan iştirakçılarına 60 sual təqdim olunur - 20 sual metodika, 40 sual ixtisası əhatə edir.

Cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır.