Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 13:45:02
MİQ-də 1-ci seans imtahan yekunlaşdı - riyaziyyatçılar test olundular

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.


Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400 namizəd dəvət olunub.


AzEdu.az xəbər verir ki, saat 10:00-da başlayan 1-ci seans imtahanlar 12:30-da yekunlaşıb.


İmtahan iştirakçılarına 60 sual təqdim olunub - 20 metodika, 40 sual ixtisası əhatə edirb.

Cavablar 100 ballıq şkala ilə qiymətləndirilir. İxtisasda bir sual 2 bal, metodikada isə 1 baldır. 4 səhv 1 düzü aparır. 

İmtahanın müddəti 150 dəqiqə sürür.


Müəllimliyə namizədlər sualların çətin olmasından şikayətləniblər. Xüsusilə kurrikulum sualları ilə bağlı narazılıq edənlər çoxdur.


İmtahan haqda daha geniş reportaj tezliklə saytımızda olacaq.