Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-11 09:27:00
Təhsilə mane olan faktorlar - Ədəbiyyat və kadr çatışmazlığı... 

“Dünyanın bütün ölkələrinin təhsil sistemində çatışmazlıqlar var. Mükəmməl bir təhsil sistemi yoxdur. Bizim də hazırkı əskik cəhətimiz praktiki bacarıqların az olması ilə əlaqəlidir”. 

 

Bu sözləri AzEdu.az-a ekspert Vüsal Kərimli təhsil sistemimizdəki çatımazlıqlardan danışarkən vurğulayıb.

 

O, təhsil səviyyəsinin inkişafına mane olan faktorlara da ayrı-ayrılıqda diqqət çəkib:

 

No description available.

“Avropanın ən yaxşı universitetlərindən təqaüd qazanan gənclərimiz harada təhsil alıblar? Sözsüz ki, onlar da bizim təhsil müəssisələrində oxuyub. Yəni ümumi səviyyədə nəzər salsaq, təhsilin inkişafı zəifdir. Sayılı universitetlər var ki, orada keyfiyyətli tədris aparılır, kadrlar yetişdirilir. Amma burada digər faktorlar da özünü göstərir.

 

Fikrimcə inkişafa təsir edən faktorlar bunlardır:

 

- Tədris proqramı hazırlanan zaman bazarın tələbləri nəzərə alınmır;

 

- Ölkəmizdə kifayət qədər ciddi professor-müəllim, ixtisaslı kadr çatışmazlığı var;

 

- Universitetləırimiz keçmiş sistem əsasında qurulub və hələ də müasir standartlara inteqrasiya edə bilmir;

 

- Keyfiyyət təminatı ilə bağlı ciddi problemlərimiz var;

 

- Avropa standartlarına əsaslanan akkreditasiya qaydaları var. Ancaq biz də həmin akkreditasiya məsələlərində çətinliklər yaşayırıq. 

 

- Ədəbiyyat çatışmazlığımız mövcuddur;

 

- Müəllimlərin əksəriyyəti yeni metodiki vasitələr və yanaşmalarla dərs keçə bilmirlər və s.


Bunlar inkişafa mane olan real faktorlardır".